"Premier Residence"də ev almaq asanlaşdı! - FOTO

"Premier Residence"də ev almaq asanlaşdı! - FOTO
# 04 noyabr 2019 16:06 (UTC +04:00)

Bakının mərkəzində, istirahət, əyləncə, təhsil üçün geniş infrastrukturu olan ərazidə və sərfəli qiymətə ev axtarırsınız? “Prime House” arzularınızı gerçəkləşdirəcək. “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən “Premier Residence” yaşayış kompleksində mənzilləri artıq endirimli qiymətlər və rahat kredit şərtləri ilə almaq olar.

“Gilan Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, “Prime House” daşınmaz əmlak şirkəti “Premier Residence” yaşayış kompleksində 2, 3, 4 və 5 otaqlı mənzilləri xüsusi endirimlə, 1m² 1 400 manatdan başlayan qiymətlərlə, nağd və 3 ilədək kredit şərtləri ilə əldə etmək fürsəti yaradır.

Yanğına və zəlzələyə davamlı, keyfiyyət standartlarına tam cavab verən, mərkəzi istilik sistemi, daimi işləyən kommunal xidmətləri, 24 saat mühafizə xidməti və video müşahidə kameraları ilə təchiz olunmuş “Premier Residence” yaşayış kompleksi həyatınızı komfortlu edəcək.

Ətraflı məlumat üçün *1444 nömrəsi ilə əlaqə saxlamaq olar.

Daşınmaz əmlak bazarında öndə gedən “Prime House” şirkəti, həmçinin “Narimanov Residence”, “Capital Towers Residence”, “Mirvari Park Residence”, “Lökbatan Residence” və “Qoşa Park” yaşayış komplekslərində mənzillərin eksklüziv satış hüququna malikdir. Daha ətraflı məlumatı şirkətin @primehouseazerbaijan rəsmi instagram səhifəsindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR