Prezidentin xüsusi nümayəndəsi: Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda bir neçə kəndin tikintisi planlaşdırılır

Prezidentin xüsusi nümayəndəsi: Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda bir neçə kəndin tikintisi planlaşdırılır
# 10 mart 2023 13:36 (UTC +04:00)

Bu il ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə bir neçə kəndin tikintisinə başlamaq planlaşdırılır.

"APA-Economics” xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, Zəngilan rayonu Ağalı kəndinin tikintisi artıq 90% tamamlanıb.

Vahid Hacıyev onu da qeyd edib ki, azad olunmuş ərazilərə böyük qayıdış çərçivəsində Ağalı kəndinə 420 nəfər - 66 ailə, köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR