Prezidentin xüsusi nümayəndəsi: Cəbrayıl və Qubadlıda kəndlərin layihələndirilməsi aparılır

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayıl və Qubadlıda kəndlərin layihələndirilməsi aparılır
# 18 fevral 2023 13:56 (UTC +04:00)

Cəbrayıl və Qubadlı rayonlarında ilk kəndlərin layihələndirilməsi aparılır.

"APA-Economics”in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

"Hər bir rayonda ən azı iki kəndin layihələndirilməsi gündəmdədir",- Vahid Hacıyev bildirib.

O qeyd edib ki, qeyd olunan rayonlara ilk köçün nə zaman baş verəcəyi barəsində dəqiq tarix səsləndirmək çətindir: “Ona görə ki, hər şey mərhələli şəkildə olmalıdır. Buraya tikinti işləri də daxildir, hansılar ki, haradasa 1,5 il vaxt aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR