Putin: "Xəzərdə limanların rəqabəti artır, qonşularımız yaxşı işləyirlər"

Vladimir Putin

© APA | Vladimir Putin

# 30 noyabr 2022 15:01 (UTC +04:00)

Xəzərdə dəniz limanlarının rəqabəti artır, qonşu ölkələr infrastrukturu inkişaf etdirir, Rusiya bu istiqamətdə fəal işləməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi onlayn müşavirədə bildirib.

“Xəzərdə, siz də bilirsiniz, rəqabət artır. Bizim qonşularımız əslində yaxşı işləyirlər və liman obyektlərini çox fəal inkişaf etdirirlər. Onlar həqiqətən rəqabət yaradırlar, yaxşı işləyirlər. Bu baxımdan bizim buna xüsusi diqqət yetirməmiz lazımdır”, - Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR