Qarabağda şəhərsalma əsaslandırılmasına 6,7 mln. manatdan çox vəsait xərclənəcək

Qarabağda şəhərsalma əsaslandırılmasına 6,7 mln. manatdan çox vəsait xərclənəcək
# 29 aprel 2022 09:54 (UTC +04:00)

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin, Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin və Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

APA-Economics”in “Elektron satınalma” portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Mərkəzin elan etdiyi tenderin qalibi “Bureau Mühit MMC” şirkəti seçilib. Şirkətlə ümumi dəyəri 848 min. manat təşkil edən müqavilə imzalanıb.

Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin, Tuğ kəndinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasına 4,36 mln. manatdan çox vəsait ayrılıb. Bu lot üzrə keçirilən tenderin qalibləri “REM Mimarlık Dekorasyon Restorasyon Proje” ve “Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı elan olunub.

Füzuli rayonunun Pirəhmədli və Dədəli, Kəlbəcər rayonunun Zallar və Yanşaq kənd yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması üzrə keçirilən tenderin qalibi isə BİMD QSC elan olunub. Bu şirkətlə ümumi dəyəri 1,53 mln. manat təşkil edən müqavilə imzalanıb.
Beləliklə bütün sadalanan işlərə ümumilikdə 6,74 mln. manatdan çox vəsait xərclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR