Qarabağın bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçiriləcək

# 15 sentyabr 2022 19:45 (UTC +04:00)

Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edəcəklər.

Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Forumda rəsmi şəxslərin çıxışları, ikitərəfli görüşlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya, bir sıra sənədlərin imzalanması və Şuşa şəhəri ilə tanışlıq nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR