Qaradağ rayonunun bir hissəsində qaz olmayacaq

Qaradağ rayonunun bir hissəsində qaz olmayacaq
# 04 iyul 2022 15:35 (UTC +04:00)

“Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, 05.07.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR