“QAZAQ AIR” Qazaxıstandan Bakıya müntəzəm reyslər açır

“QAZAQ AIR” Qazaxıstandan Bakıya müntəzəm reyslər açır
# 24 iyun 2022 14:51 (UTC +04:00)

İyulun 7-dən “QAZAQ AIR” yeni Aktobe - Bakı - Aktobe və Nur-Sultan - Bakı - Nur-Sultan (Aktobe vasitəsilə tranzit) marşrutları üzrə müntəzəm reyslər həyata keçirməyə başlayacaq.

APA-Economics”in şirkətin məlumatına istinadən verdiyi xəbərə görə, uçuşlar Kanada istehsalı olan yeni nəsil “De-Havilland Dash 8-Q400” 86 sərnişin yeri tutumlu təyyarə ilə həyata keçiriləcək.

Məlumata görə, səyahət vaxtı 2 saat olacaq. Uçuşlar həftədə 2 dəfə (cümə axşamı və bazar günləri) həyata keçiriləcək. Biletlərin dəyəri 205,2 manatdan (57 000 tenge) başlayır.

“Qazaxıstan və Azərbaycan arasında yeni hava əlaqəsi təkcə iqtisadi əməkdaşlığı gücləndirməyəcək, həm də iki ölkə arasında turizmin inkişafına töhfə verəcək”, - “QAZAQ AIR”in kommersiya direktoru Süleyman Mirzəyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR