Quba-Xınalıq yolunda sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür - VİDEO

Quba-Xınalıq yolunda sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür - VİDEO
# 11 may 2022 16:19 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olur. Bunun qarşısını almaq məqsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən qabaqlayıcı tədbirlər görülür.

AAYDA-dan “APA-Economiics”ə verilən məlumata görə, Quba-Xınalıq yolunda intensiv yağıntılar nəticəsində yola yaxın ərazilərdə aktivləşən sürüşmə nöqtələri müəyyən edilir. Baş verə biləcək sürüşmə nəticəsində torpaq və qaya qruntunun yolun hərəkət hissəsinə tökülərək hərəkətə maneə yaratmasının qarşını almaq üçün öncədən həmin qrunt təhlükəsiz şəraitdə əraziyə dağıdılır. Bununla sürüşmənin fəsadlarına qarşı önləyici tədbirlər aparılır.

© APA | Sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR