Qubanın 2 kəndinin elektrik şəbəkəsi yenidən qurulur

Qubanın 2 kəndinin elektrik şəbəkəsi yenidən qurulur
# 12 sentyabr 2022 11:39 (UTC +04:00)

Quba rayonunun Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində Tülər düzü və Tülər kəndlərində ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 km-a yaxın 10 kV-luq, 16 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək. Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Qubanın 4 kəndində - Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yenilənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir.

1000-dən artıq sakini olan 4 kənddə ümumilikdə, 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 km-a yaxın 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR