Qurban bayramı ilə bağlı dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

Qurban bayramı ilə bağlı dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
# 05 avqust 2019 09:13 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamenti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə, 10 və 13 avqustda əlavə qatar təyin edilib.

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR