Radiotezliklərdən istifadənin məhdudlaşdırılacağı və kompensasiya ödəniləcəyi hallar açıqlanıb

Radiotezliklərdən istifadənin məhdudlaşdırılacağı və kompensasiya ödəniləcəyi hallar açıqlanıb
# 09 dekabr 2022 13:02 (UTC +04:00)

Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu zaman müvafiq tədbirin, o cümlədən idman yarışının təşkilatçısının vəsaiti hesabına radiotezlik istifadəçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya ödəniləcək.

Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR