Radiotezliklərin ayrılacağı hallar müəyyənləşir

Radiotezliklərin ayrılacağı hallar müəyyənləşir
# 10 noyabr 2022 10:58 (UTC +04:00)

Radiotezliklərin hansı hallarda ayrılacağı müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, radiotezliklər aşağıdakılar nəzərə alınmaqla ayrılacaq:

-tezlik zolaqlarının ayrılma cədvəli və radiotezliklər spektrinin perspektiv istifadə planı;

- dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə ayrı-ayrı subyektlərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi;

- planlaşdırılan radiotezliklər və həmin radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR