Ramin Quluzadə İranda səfərdədir

Ramin Quluzadə İranda səfərdədir
# 17 iyul 2019 13:05 (UTC +04:00)

Tehranda Azərbaycan, İran, Türkiyə və Rusiya rabitə və informasiya texnologiyaları nazirlərinin görüşü başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə görüşdən öncə iranlı həmkarı Məhəmməd Cavad Azəri Cəhromi tərəfindən qarşılanıb.

Görüşdə əsasən İran, Azərbaycan, Rusiya və Türkiyənin nazirləri “Startup” şirkətlərini dəstəkləmək məqsədilə müştərək mərkəz yaratmaq barədə müzakirələr aparacaqlar.

Bu gün həmçinin dörd ölkənin nazirlərinin müştərək mətbuat konfransı keçiriləcək və görüşün nəticələri ilə bağlı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR