Regionların qazlaşdırılması sürətlə aparılır  

Regionların qazlaşdırılması sürətlə aparılır  
# 06 may 2022 11:43 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-aprel aylarında Azərbaycanda 201 km uzunluğunda yeni qaz xətləri çəkib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Ruslan Əliyev qeyd edib ki, hesabat dövründə çəkilən qaz xətlərinin 26 km-i Bakı və Abşeronun, 175 km isə regionların payına düşüb.

Baş direktor onu da əlavə edib ki, yanvar-mart aylarında İB tərəfindən respublika üzrə 32 km qaz xətləri əsaslı təmir olunub (Bakı üzrə -21 km, regionlar – 11 km).

Ruslan Əliyev onu da qeyd edib ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Hazırda qeyd olunan qazlaşdırma obyektlərinin müvafiq olaraq 32 (bir kəndə qaz verilib) və 46-da (1 yeni yaşayış massivinə artıq qaz verilib) işlər aparılır.

Mayın 1-nə ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR