Rəhman Hümmətov Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin rəhbəri ilə görüşüb

Rəhman Hümmətov Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin rəhbəri ilə görüşüb
# 10 mart 2023 15:48 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns ilə görüşüb.

"APA-Economics" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat əlaqələri istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda Baltik və Xəzər dənizləri arasında yük daşımaların həyata keçirilməsi barədə danışıqlar aparılıb. Bununla bağlı uyğun marşrutların tapılması və bu marşrutlar üzərindən yüklərin daşınması məsələləri diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin nəqliyyatın rəqəmsallaşdırılması, o cümlədən İKT, kibertəhlükəsizlik, “ağıllı şəhər”lər ilə bağlı gələcəkdə müvafiq əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR