Rəqəmsal səhiyyə startapları ötən il 57,2 mlrd. dollar cəlb edib

Rəqəmsal səhiyyə startapları ötən il 57,2 mlrd. dollar cəlb edib
# 25 yanvar 2022 12:44 (UTC +04:00)

Rəqəmsal səhiyyə startapları 2021-ci il ərzində pandemiya zamanı bu cür xidmətlərə tələbat hesabına rekord – 57,2 mlrd. ABŞ dolları məbləğində vəsait cəlb edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "CB Insights" şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, 2020-ci illə müqayisədə cəlb edilən investisiyaların həcmi 79% artıb, investisiya əməliyyatlarının sayı isə 2 518-dən 2 930-a yüksəlib.

ABŞ-dakı startaplar keçən il ümumilikdə 37,9 mlrd. dollar vəsait cəlb edib ki, bu da əvvəlki illə müqayisədə 75% çoxdur. Ötən ilin təkcə IV rübündə yeni maliyyələşdirmə 10,8 mlrd. dollar təşkil edib. Dünyanın ikinci ən böyük bazarı olan Asiyada startaplar keçən il ümumilikdə 10,7 mlrd. dollar cəlb edə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR