Rəqəmsal tarixçə platformasının kiberhücumlara dayanıqlığı yoxlanılıb

Rəqəmsal tarixçə platformasının kiberhücumlara dayanıqlığı yoxlanılıb
# 22 sentyabr 2022 11:02 (UTC +04:00)

Azərbaycan Kredit Bürosunun (AKB) rəqəmsal tarixçə platformasına (FINDOC) açıq mənbə kəşfiyyatı və zəifliklərin yoxlanılması (OSINT) da daxil olmaqla, real kiberhücum ssenariləri ilə təhlükəsizlik simulyasiyası (penetration testing) təşkil olunub.

APA-Economics” xəbər verir ki, “AzInTelecom” mütəxəssisləri tərəfindən müxtəlif təhlükəsizlik testləri həyata keçirilib, kibertəhlükəsizlik xidməti çərçivəsində hazırlanan hesabat AKB-yə təqdim edilib.

Qeyd edək ki, bu informasiya təhlükəsizliyi xidmətləri çərçivəsində dövlət qurumları və özəl müəssisələrə razılaşdırılmış qaydada kiberhücum həyata keçirilir, hədəf olan infrastruktur və sistemdən boşluqların istismar edilməsi imkanı yoxlanır. Aşkar edilən boşluqlar, onlara qarşı kiberhücumun növü və uğurlu olma ehtimalı, potensial risklər barədə qarşı tərəf məlumatlandırılır və tövsiyələr verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR