Rəşad Nəbiyev Dağıstan Respublikası Hökumətinin sədri ilə görüşüb - FOTO

Rəşad Nəbiyev Dağıstan Respublikası Hökumətinin sədri ilə görüşüb - FOTO
# 21 fevral 2023 10:12 (UTC +04:00)

Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyası Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.

"APA-Economics" xəbər verir ki, görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılmasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR