Rəşad Nəbiyev Göyçayda şəhid ailəsini ziyarət edib

Rəşad Nəbiyev Göyçayda şəhid ailəsini ziyarət edib
# 06 mart 2023 18:15 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Göyçay rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

"APA-Economics" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir şəhid polkovnik-leytenant Vidadi Xəlilovun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.

Görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüblər, onun Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR