Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edəcək
# 03 oktyabr 2022 13:20 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.

"APA-Economics" xəbər verir ki, vətəndaşların qəbulu 10 oktyabr 2022-ci il tarixində saat 10:00-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 16) keçiriləcək.

Nazir adıçəkilən rayonlarda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 9 oktyabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR