Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Balakən, Zaqatala, Qax və Şəki rayonlarında yaşayan, İKT sahəsində fəal olan gənclərlə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkədə informasiya texnologiyaları sahəsində həyata keçirilən yeniliklərdən söz açılıb.
İnnovasiya ekosisteminin qurulmasında gənclərin rolu haqqında fikir mübadiləsi aparılıb.