Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edib
# 07 dekabr 2022 17:32 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şirvan şəhərində vətəndaşları qəbul edib.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, vətəndaş qəbulunda Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

R.Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR