Rəşad Nəbiyevin Göyçaydakı vətəndaş qəbulunun vaxtı dəyişib

Rəşad Nəbiyevin Göyçaydakı vətəndaş qəbulunun vaxtı dəyişib
# 01 mart 2023 11:32 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 2 mart tarixində saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

APA-Economics” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir vətəndaşları Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 6 mart, saat 09:30-da qəbul edəcək.

Qəbula yazılmaq üçün 4 mart 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR