RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
# 17 mart 2023 12:18 (UTC +04:00)

Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR