RİNN “İnnovativ könüllü” proqramına start verir

RİNN “İnnovativ könüllü” proqramına start verir
# 13 iyun 2022 11:05 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “İnnovativ könüllü” proqramına start verilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunan proqram gənclərin ictimai-sosial aktivliyinin artırılması məqsədilə həyata keçirilir.
İlkin mərhələdə nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC üçün nəzərdə tutulan “Azərpoçt könüllüləri” istiqaməti üzrə qeydiyyat aparılır. Proqrama 16-26 yaş aralığında olan şəxslər müraciət edə bilərlər.
Bu link – https://bit.ly/3PiRDxc vasitəsilə 23 iyun 2022-ci il tarixinədək qeydiyyatdan keçmək mümkündür.
“Azərpoçt könüllüləri” layihəsinin birinci mərhələsi “Azərpoçt” MMC-nin Bakı şəhərində yerləşən poçt xidmət mərkəzlərində həyata keçiriləcək. Könüllülər 2 əsas mərkəzi poçt məntəqəsi üzrə 3 növbədə fəaliyyət göstərəcəklər.
Rəqəmsallaşma və yenilənmə proseslərinə keçid etməkdə olan “Azərpoçt” bu layihəni vətəndaş məmnuniyyətinin ölçülməsi, onlardan gələn təklif və şikayətlərin araşdırılması məqsədilə iki ay müddətində davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR