RİNN şəhid övladları üçün Yeni il şənliyi təşkil edib - FOTO

RİNN şəhid övladları üçün Yeni il şənliyi təşkil edib - FOTO
# 30 dekabr 2022 16:01 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid övladları üçün şənlik keçirilib.

Şənlikdə uşaqların əylənməsi üçün müxtəlif oyunlar təşkil olunub, maraqlı səhnəciklər nümayiş etdirilib.

Sonda şəhid övladlarına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR