Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb
# 13 noyabr 2019 16:44 (UTC +04:00)

Dekabrın 3-6-da Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə Las-Veqasdan “Pepper humanoid” robotu, robot balıqlar, dünyaca məşhur robot rəssam, müxtəlif sumo, güləş və dron yarışları, kosmo zonası, 6 metrlik uçan astronavt və ən nəhayət hamının sevimlisi Robot pianoçu nümayiş olunacaq.

20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.

Biletlər yalnız “Robopark” üçün və yalnız 5 və 6 dekabr tarixlərində keçərlidir.

Expo mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR