Rostov-Dondan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək

Rostov-Dondan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
# 29 dekabr 2021 13:38 (UTC +04:00)

Gələn ilin yanvarın 21-dən etibarən Rusiyanın “Azimut” aviaşirkəti Rostov-Dondan Bakıya birbaşa aviareys üzrə uçuşlara başlayacaq.

APA-Economics” aviadaşıyıcının yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar Rostov-Don hava limanından həftədə bir dəfə (cümə günləri) həyata keçiriləcək.

Uçuşlar yerli vaxtla Rostov-Dondan saat 08:00-da, Bakıdan isə saat 12:10-da olacaq.

Qeyd edək ki, hazırda “Azimut” Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR