Rüfət Mahmud: "Azərbaycanda tikintiyə icazələrin verilməsi 15 gün ərzində baş verir"

Rüfət Mahmud: "Azərbaycanda tikintiyə icazələrin verilməsi 15 gün ərzində baş verir"
# 30 avqust 2019 12:14 (UTC +04:00)

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə və istismara icazələr üzrə bir pəncərə və özünəxidmət mərkəzinin təqdimatını keçirib.

"APA-Economics"in məlumatına görə, Komitə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə sistemi elektron şəkildə hazırlayıb və cari ilin əvvəlindən istifadəyə verib.

Komitə sədrinin müşaviri Rüfət Mahmudun sözlərinə görə, bu gün xidmətə müraciət edənlər sərbəst şəkildə, iş yerlərini tərk etmədən, tam rahat və elektron qaydada sənədlərini göndərə, müəyyən olunan vaxt ərzində tikintiyə icazələri əldə edə bilərlər.

"Tikintiyə icazələrin verilməsi 15 gün ərzində, istismara icazələrin verilməsi isə 10 gün ərzində baş verir", - deyə R. Mahmud qeyd edib.

Komitə sədrinin müşaviri əlavə edib ki, icazələrin verilməsində bir çox dövlət qurumları iştirak etdiyi üçün bu sistem digər qurumlara inteqrasiya olunub. Fəaliyyət dövründə bütün sınaqlardan keçirilib və bu gün bu sistem tam keyfiyyətli şəkildə fəaliyyət göstərir: "Lakin bu sistem müəyyən tikinti obyektləri üçün istifadədir. İlin sonunadək sistem bütün tikinti növləri üçün istifadəyə veriləcək", - deyə R. Mahmud qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR