Rumıniya "Orta Dəhliz"lə daşımalara qoşulması ilə bağlı Azərbaycan və Gürcüstanla razılaşıb

Rumıniya "Orta Dəhliz"lə daşımalara qoşulması ilə bağlı Azərbaycan və Gürcüstanla razılaşıb
# 24 oktyabr 2019 16:10 (UTC +04:00)

Rumıniyanın “Grampet Group” nəqliyyat və logistika şirkəti, Gürcüstan Dəmir Yollarının törəmə şirkəti olan “GR Logistics & Terminals” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) Rumıniyanın Konstanta limanı ilə Gürcüstanın Batumi / Poti limanları arasında müntəzəm karqo gəmilərinin fəaliyyətə başlaması barədə razılığa gəliblər.

APA-nın Gürcüstan xəbər verir ki, tərəflər bununla əlaqədar Tbilisidə konsorsium yaradılması haqqında saziş imzalayıblar. Sazişin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) Çindən Avropaya daşımaların sürətini əhəmiyyətli dərəcədə artıracağı bildirilib.

“Orta Koridor” Assosiasiyasına qoşulduqdan cəmi 1 il sonra biz Batumi/Poti-Konstanta istiqamətində karqo xidmətinin aktivləşdirilməsinə nail olduq. Bunun Asiyadan Avropaya yüklərin daşınmasında çox böyük rolu var. Sadə dillə desək, bu, “Orta Koridor”un sonuncu itmiş parçası idi. Tbilisi razılaşması bizi Rumıniyadan keçməklə Çindən Qərbi Avropaya ilk yük qatarlarının hərəkət etməsi hədəfimizə bir qədər də yaxınlaşdırdı”, - deyə “Grampet – Grup Feroviar Roman”ın (GFR) prezidenti Qruia Stoika bildirib.

O həmçinin qeyd edib ki, bu vaxtadək Gürcüstan və Rumıniya limanları arasında birbaşa gəmiçilik əlaqələrinin olmaması yüklərin bu istiqamətdə Avropaya daşınması qarşısında başlıca maneələrdən olub.

“Grampet Group”un nəqliyyat bölməsinin vitse-prezidenti Sorin Çinde isə bildirib ki, yeni dəhliz yüklərin Qərbi Avropaya çatdırılması vaxtını 2 gün daha qısaldacaq: “Alternativ dəhliz olan İstanbul-Piraeus (Yunanıstan) istiqamətində hərəkət edən yüklərin tranzit vaxtı 12-24 gün çəkir. Gürcüstanla Rumıniya arasında daimi və müntəzəm əlaqələr yaradıldıqdan sonra tranzit vaxtı 2 gün daha qısalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR