Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlara başlayıb

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlara başlayıb
# 10 may 2022 18:54 (UTC +04:00)

Rusiyanın “Azimut” aviaşirkəti Soçidən Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirməyə başlayıb.

"APA-Economics" aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçirilir.

Soçidən (yerli vaxtla) uçuş saat 01:00-da, Bakıya eniş saat 03:50-də, əks istiqamətdə - Bakıdan uçuş saat 04:20-də, Soçiyə eniş saat 05:20-də yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR