Rusiya-Azərbaycan sərhəd keçid məntəqələrinin inkişafı üzrə işlər davam etdirilir

Rusiya-Azərbaycan sərhəd keçid məntəqələrinin inkişafı üzrə işlər davam etdirilir
# 26 aprel 2022 16:23 (UTC +04:00)

Avtomobil nəqliyyatının sürətlə artması dövlət sərhədində buraxılış məntəqələri məsələsini aktuallaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan və Rusiya ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi və iki ölkənin sərhədində üç keçid məntəqəsinin inkişafının sinxronlaşdırılması üzrə işlər davam etdirilir.

"İnanırıq ki, Samur-Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqələrinin yenidən qurulması və genişləndirilməsi üzrə işlərin vaxtında başa çatdırılması xarici ticarət dövriyyəmizin dinamikasına müsbət təkan verəcək. Yaraq-Kazmalyar-Samur keçid məntəqəsində yenidənqurma işləri ilə əlaqədar hərəkət zolağının 4-dən 6-ya çatdırılması müsbət nəticə verib. Bu, Azərbaycan-Rusiya dövlət sərhədində ən sıx olan bu keçid məntəqəsinin keçid qabiliyyətini artırmağa imkan verib",- deyə Şahin Mustafayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR