Rusiya Azərbaycana daha 60 metro vaqonu tədarük edəcək - FOTO

Rusiya Azərbaycana daha 60 metro vaqonu tədarük edəcək - FOTO
  • Clock-gray 16:06
  • calendar-gray 21 Oktyabr 2019

Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar.

Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date