Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini təkmilləşdirir

Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini təkmilləşdirir
# 05 may 2022 14:37 (UTC +04:00)

Rusiyanın dövlət sərhədinin bir neçə buraxılış məntəqəsi malların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilən müvafiq sənəddə bildirilib ki, yeniliklər yükdaşımaların artmasına və Rusiyaya zəruri məhsulların idxalını sürətləndirməyə kömək edəcək.

Türkiyədən malların gəldiyi Qafqaz dəniz keçid məntəqəsi, Azərbaycanla sərhəddəki Yaraq-Qazmalyar avtomobil keçid məntəqəsi və Gürcüstanla sərhəddəki Yuxarı Lars avtomobil keçid məntəqəsinə dəyişikliklər tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR