Rusiya-Özbəkistan-Azərbaycan marşrutu üzrə yükdaşımalar sürətləndiriləcək

Rusiya-Özbəkistan-Azərbaycan marşrutu üzrə yükdaşımalar sürətləndiriləcək
# 20 dekabr 2021 18:57 (UTC +04:00)

Sadələşdirilmiş gömrük və fitosanitar nəzarəti olan nəqliyyat qovşaqlarının yaradılması Rusiya-Özbəkistan-Azərbaycan marşrutu üzrə yüklərin həm daşınmasını, həm də qəbulunu sürətləndirəcək.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxoninin Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla görüşündə bildirilib.

Tərəflər Rusiya ilə Azərbaycan arasında icra olunan “Agroexpress” layihəsi üzrə müzakirələr aparıblar. Söhbət nəqliyyat və logistika dəhlizlərinin inkişafından gedir.

Perm ərazisi bu layihənin pilot ərazilərindən biridir, layihənin "Agroexpress" adlandırılmasına baxmayaraq, daşınan mallara heç bir məhdudiyyət qoyulmayacaq. Region administrasiyası “Rusiya Dəmir Yolları” ilə birlikdə artıq potensial yüklərin siyahısını və həcmlərini formalaşdırır. Belə ki, Azərbaycan ağac emalı, maşınqayırma və kimya sənayesi məhsulları, gübrələr, plastik məmulatlar, qablaşdırma materialları ixrac etməkdə maraqlıdır. Respublikadan ənənəvi idxal məhsulları, ilk növbədə, tərəvəz və meyvələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR