Rusiya şirkətləri Qarabağ üçün layihələr təqdim edib

Rusiya şirkətləri Qarabağ üçün layihələr təqdim edib
# 26 aprel 2022 15:26 (UTC +04:00)

Rusiya şirkətləri Qarabağın işğaldan azad edilmiş rayonları və Zəngəzurun şərqində həyata keçirilməsi üçün 17 layihə təqdim ediblər.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Cəbrayıl rayonunda yerləşən sənaye parkında “KamAZ” servis mərkəzinin tikintisi davam etdirilir.

"İşlərin bu ilin iyun ayına kimi başa çatdırılması nəzərdə tutulub",- deyə Şahin Mustafayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR