Rusiya unu İrana Azərbaycan üzərindən tədarük ediləcək

Rusiya unu İrana Azərbaycan üzərindən tədarük ediləcək
# 19 aprel 2022 10:43 (UTC +04:00)

Saratov vilayətindəki “Engels un zavodu” istehsal etdiyi məhsulların bir hissəsini dəmir yolu ilə ixrac edəcək. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, müəssisə mart ayında Volqa regionu üzrə terminal və anbar kompleksi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İlk yükdaşıma əməliyyatlarına aprel ayında başlanacağı planlaşdırılır.
Saratov unu Volqa dəmir yolunun “Anisovka” stansiyasından Azərbaycana (“Astara” stansiyasına) göndəriləcək və sonradan isə İrana çatdırılacaq. Yükün aylıq həcmi 2 min ton təşkil edəcək. Un 36 qapalı vaqonla göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR