Rusiya və Gürcüstan arasında aviareyslər yaxın gələcəkdə bərpa oluna bilər

Rusiya və Gürcüstan arasında aviareyslər yaxın gələcəkdə bərpa oluna bilər
# 08 oktyabr 2019 15:06 (UTC +04:00)

Rusiya ilə Gürcüstan arasında aviareyslər yaxın gələcəkdə bərpa oluna bilər.

"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

Deputat Rusiya-Gürcüstan dialoqunun parlamentlərarası qrupun görüşündə iştirak edib. Onun sözlərinə görə, görüş zamanı digər məsələlərdən başqa iki ölkə arasında aviasiya əlaqəsinin bərpası da müzakirə olunub. L. Kalaşnikov qeyd edib ki, hazırda konkret vaxt barədə danışmaq çətindir, lakin bu, artıq “yaxın gələcəkdə” baş verə bilər: "Biz aeroportların təhlükəsizliyində əmin olmalıyıq".

Deputat əlavə edib ki, bu, onun situasiya ilə bağlı şəxsi təhlilidir: "Fikrimcə, bütün parlamentlərarası görüşlər və nazirlərin görüşləri, həmçinin siyasətçilərin və insanların bəyanatları onu göstərir ki, iki ölkə arasında təkcə aviasiya əlaqələri deyil, həm də vizaların ləğvi də bərpa oluna bilər".

Qeyd edək ki, bu ilin iyulun 8-dən etibarən Rusiya ilə Gürcüstan arasında aviasiya əlaqələri dayandırılıb. Rusiya tərəfi bunun səbəbinin aviasiya təhlükəsizliyinin təmin edilməməsi və ödənməmiş borclarla əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR