"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daimi katiblik sisteminin yaradılması məsələsi diqqətdə saxlanılmalıdır.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasemi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı ila bağlı görüşü zamanı bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, "Şimal-Cənub" dəhlizi çərçivəsində İran ərazisində "Rəşt-Astara" dəmir yolunun yaradılması məsələsi də vacibdir.
Nazir onu da əlavə edib ki, sərhədlər vasitəsilə gediş-gəlişin və vizaların verilməsinin asanlaşdırılması vacib məsələlərdəndir.
“Biz vizanın alınması məsələsini asanlaşdırmalıyıq, burada bəzi xərclər azaldılacaq, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələr aradan qalxacaq”, - Rüstəm Qasemi qeyd edib.