"Ryanair" Gürcüstana uçuşlara başlayır

"Ryanair" Gürcüstana uçuşlara başlayır
# 25 oktyabr 2019 12:47 (UTC +04:00)

İrlandiyanın büdcəli aviaşirkəti olan "Ryanair" Tbilisi və Kutaisi şəhərlərinə müntəzəm uçuşlara başlayır.

APA-nın yerli bürosu xəbər verir ki, ilk uçuş noyabrın 6-da Milandan Tbilisi beynəlxalq hava limanına baş tutacaq. İlin sonunadək “Boeing B737” təyyarələri ilə həyata keçiriləcək uçuşlar Milan-Tbilisi-Milan, Marsel-Kutaisi-Marsel və Bolonya-Kutaisi-Bolonya istiqamətlərində planlaşdırılıb.

Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi şirkətə Gürcüstan bazarına daxil olmaq üçün cari il 24 oktyabr tarixində icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR