Saatlı və İmişlinin bəzi yaşayış məntəqələrinin qaz təchizatı dayandırılıb

Saatlı və İmişlinin bəzi yaşayış məntəqələrinin qaz təchizatı dayandırılıb
  • Clock-gray 09:56
  • calendar-gray 07 Avqust 2019

Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunan qaz sızmalarının ləğvi işləri icra olunacaq.

"Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün saat 06:00-dan 21:00-dək bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-dək Saatlı, İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Saat 09:00-dan avqustun 8-i işlər başa çatanadək “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhəri və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulacaq.

Məlumatda həmçinin qeyd olunub ki, bu gecə saat 02:00-da Zərdab rayonunun Birinci Alıcanlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər. Qaz sızması yarandığından kəndin 30 abonentinin qaz təchizatında fasilə yaranıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date