Sabah Ağstafanın qaz təchizatında fasilə yaranacaq

Sabah Ağstafanın qaz təchizatında fasilə yaranacaq
# 10 may 2022 19:38 (UTC +04:00)

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində qaz sızması aşkar olunub.

“Azəriqaz”dan APA-ya verilən xəbərə görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR