Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq

Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq
# 10 iyul 2022 17:28 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR