Sabah Ələtdə Çindən gətirilən blok qatarının qarşılanma mərasimi keçiriləcək

Sabah Ələtdə Çindən gətirilən blok qatarının qarşılanma mərasimi keçiriləcək
# 05 iyul 2019 17:35 (UTC +04:00)

Sabah Sian-Bakı blok qatarının qarşılanması mərasimini keçiriləcək.

"APA-Economics"in məlumatına görə bunu jurnalistlərə açıqlamasında Çinin Şansi vilayətinin Kommersiya departamentinin direktorunun müavini Tan Yunqan deyib.

Onun sözlərinə görə, Şansidən Azərbaycana gələn qatarlar 14 gün ərzində Azərbaycana çata bilər.

"Budəfəki qatarda 520 ton həcmində yük nəql edilir. Ümidvarıq ki, bu nəqliyyat yolu vasitəsilə Azərbaycanın nəqliyyat tranzit potensialı daha da inkişaf edəcək və bu yol vasitəsilə Azərbaycan məhsulları Şansi əyalətinə yola salınacaq", - deyə Tan Yunqan qeyd edib.

Qeyd edək ki, Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və “Türküstan” gəmisi ilə Ələt limanına yola salınıb.

Layihə bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR