Sadiq Qurbanov: Su ehtiyatlarından səmərəli istifadə edilmir

Sadiq Qurbanov: Su ehtiyatlarından səmərəli istifadə edilmir
# 17 mart 2023 12:09 (UTC +04:00)

Su ehtiyatlarının az olmasına baxmayaraq, mövcud ehtiyatlardan səmərəli istifadə edilmir.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bugünkü plenar iclasda çıxışı zamanı bildirib.

“Su təsərrüfatına 2021-ci ilə nisbətən 2022-ci ildə 4,4% vəsait ayrılıb ki, lakin nəticə əvvəlki qaydada qalıb. Aparılan tədbirlər nəticəsində müəyyən edilib ki, suyun uçotunun düzgün aparılmaması, suyun bölüşdürülməsi və istifadəsində olan çatışmazlıqlar, suyun nəzarətsiz, boş yerə axıdılması istehlakçıların suya qeyri-normal münasibəti, lazımi, səmərəli infrastrukturun yaradılmaması, ötürücü şəbəkələrin təxminən 80%-nin torpaq məcralı olması, bəzi kanalların vaxtında təmizlənməməsi, orta illik hesabla illik Yuxarı Qarabağ kanalının 50-55% intervalında su itkilərinin daha yüksək olması bütövlükdə kənd təsərrüfatı inkişafına mənfi təsir göstərir”, - deyə Sadiq Qurbanov bildirib.

Parlamentin komitə sədri deyib ki, içməli su ilə bağlı müəyyən çətinliklər var: “Əsasən içməli su təchizatına xidmət edən Taxtakörpü və Ceyranbatan su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 32 milyon kubmetr az su toplanıb. Kür və Azar çayının imkanlarından istifadə edən, su imkanları məhdud olan 26 rayon ərazisində yerləşən 422 kənddə istismar edilən modul tipli sutəmizləyici qurğuların 402-dən su nümunələri götürülüb. Qeyri-kafi göstərici orqanametrik müayinə üzrə 26,1%, kimyəvi müayinə üzrə 25,9%, bakteroloji üzrə 19.6% olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR