Şahin Bağırov: "Üçtərəfli saziş BTQ ilə yükdaşımaları artıracaq"

Şahin Bağırov: "Üçtərəfli saziş BTQ ilə yükdaşımaları artıracaq"
# 18 avqust 2022 13:29 (UTC +04:00)

"Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanan Bakı-Tbilisi-Qars layihəsi (BTQ) çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişlə daha sürətli və qısa tranzit daşımalara nail olacağıq".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası və imzalanma mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov deyib.

O bildirib ki, artan ticarət dövriyyəsinin asanlaşdırılması və sürətləndirilməsi baxımından üç ölkə arasında tranzit daşımalar zamanı gömrük məsələlərinin həllinə birgə yanaşma çox önəmlidir. Yeni saziş gömrük prosedurlarını uyğunlaşdırmaq və asanlaşdırmaqla tranzit daşımaları operativləşdirəcək. "BTQ vasitəsilə yükdaşımalarına marağı artıracaq və daşımaların sayı çoxalacaq. Bu isə öz növbəsində iqtisadiyyatımızın inkişafına müsbət təsir edəcək",- deyə Ş.Bağırov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR