Saleh Məmmədov: Azad olunmuş ərazilərdə çəkiləcək yolların layihə-smeta dəyəri iyulda məlum olacaq

Saleh Məmmədov: Azad olunmuş ərazilərdə çəkiləcək yolların layihə-smeta dəyəri iyulda məlum olacaq
# 18 fevral 2023 12:27 (UTC +04:00)

Bu ilin iyul ayının sonunda bütün işğaldan azad olunmuş ərazilərdə çəkiləcək yolların layihə-smeta dəyəri məlum olacaq.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, layihə-smeta dəyəri müəyyən olduqdan sonra, bu göstəricilər ictimaiyyətə açıqlanacaq.

Saleh Məmmədov onu da qeyd edib ki, qiymətləndirmə real iş həcminin və hazırda bazarda olan qiymətlərin nəzərə alınması ilə aparılır.

İdarə Heyətinin sədri əlavə edib ki, cari ilin may ayında Füzuli-Hadrut və Cəbrayıl-Hadrut avtomobil yollarının istifadəyə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR