Saleh Məmmədov: "Uçqunlar nəticəsində Quba-Xınalıq yolu keyfiyyətini itirmək üzrədir"

Saleh Məmmədov: "Uçqunlar nəticəsində Quba-Xınalıq yolu keyfiyyətini itirmək üzrədir"
# 31 iyul 2019 15:52 (UTC +04:00)

44 km-lik Quba-Xınalıq yolunun dağlıq hissəsində baş verən sürüşmələr nəticəsində sözügedən yol keyfiyyətini itirmək üzrədir.

APA-nın məlumatına görə, bunu Qubada jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, uçqunlar yolun əvvəlki enini çox daraldıb, bəzi hissələrdə 3-3,5 metr yol əsası qalıb: “Həmin yolda sıldırım qayalıqlarda uçan daşlar yolun hərəkət istiqamətinə tökülür. Xoşbəxtlikdən bu illər ərzində orda bədbəxt hadisələr qeydə alınmayıb. Amma hər şey ola bilər. Bütün bunları nəzərə alaraq, ölkə başçısı Xınalığa yeni alternativ yolun çəkilişi üçün sərəncam verdi”.

S. Məmmədov bildirib ki, artıq yeni yolun Alpan-Susay kəndi hissəsindən keçən 21 km-lik hissəsi avqust ayının sonuna kimi tam istifadəyə veriləcək. Agentliyin rəsmisi yerdə qalan 34 km-lik Susay-Xınaqlıq yolunun gələn ilin sentyabr ayınadək istifadəyə veriləcəyini deyib.

Qeyd edək ki, Susay-Xınalıq yolunun çəkilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR