Salyan şəhərinə içməli suyun verilməsi dayandırılıb

Salyan şəhərinə içməli suyun verilməsi dayandırılıb
# 01 noyabr 2022 18:29 (UTC +04:00)

Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə APA-ya Azərsu ASC-dən bildirilib.

Qeyd edilib ki, 2 noyabr tarixində günün sonuna qədər təmir-bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR